Məşhur markalar İngiltərənin yeni kralı Çarlz üçün maraqlı reklamlar hazırlayıblar | Banco.az

Məşhur markalar İngiltərənin yeni kralı Çarlz üçün maraqlı reklamlar hazırlayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ferrero Rocher”, “Kit Kat”, “Burger King” və digər bir çox tanınmış marka yumoristik şəkildə krala salam göndəriblər.

Banco.az xəbər verir ki, ötən həftə sonu baş tutan Kral Çarlzın tacqoyma mərasimi üçün dünyanın bir çox məşhur markaları bir araya gəlib.

Tədbir üçün xüsusi reklam hazırlayan “Ferrero Rocher” şokoladın kağız nimçə hissəsini tac kimi təsvir edərək onu şokaladın üstünə qoyub.

May be an image of fragrance, perfume, wafer, hamper and text that says 'FERRERO ROCHER A MOMENT TO CELEBRATE 06.05.23'

“Kit Kat” isə simvolik "Bir az fasilə verin" şüarını "Əlavə fasilə üçün təşəkkür edirik, ser" olaraq dəyişib. Şüar həmçinin Böyük Britaniyada verilən əlavə istirahət gününə də istinad edir.

KITKAT (@KITKAT) / Twitter

Ən sərfəli kredit üçün müraciət et

“Burger King” isə loqosundan “Burger” sözünü götürərək təkcə “King” sözünü saxlayıb.

Heinz honour King Charles with limited edition Kingchup bottles | Yorkshire  Evening Post

Sous brendi “Heinz” də şənliklərdən geri qalmayıb və məşhur ketçupunun adını dəyişdirərək “Tomato Kingchup” qoyub. Şirkət hətta bu xüsusi adlandırılmış sous şüşəsini birbaşa Kral Çarlza göndərdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et