Müəllif - Aida İsaq, Banco.az
Yaponiya və Avropa İttifaqının (Aİ) nümayəndələri ABŞ-ın G7 ölkələrinə Rusiyaya ixraca tam qadağa qoyulması təklifinə qarşı çıxıb.
Banco.az xəbər verir ki, məlumata görə, Vaşinqtonun ideyasının həyata keçirilməsi hazırda mümkünsüzdür. Tam ixrac qadağası təklifi ABŞ-ın Rusiyanın Qərb texnologiyalarını idxal etməyə davam etdiyi sistemin mövcudluğundan narazılığı fonunda verilib.
Qeyd edək ki, bundan əvvəl “Bloomberg” öz mənbələrinə istinadən bildirib ki, ABŞ və Ukraynanın digər müttəfiqləri sanksiyalar çərçivəsində Rusiyaya ixracın məhdudlaşdırılması prinsipini köklü şəkildə dəyişmək niyyətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!