İnflyasiya səngiməzsə Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam edəcək | Banco.az

İnflyasiya səngiməzsə Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam edəcək

Müəllif - Aida İsaq, Banco.az

İnflyasiya səviyyəsi səngiməzsə Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırmağa davam edəcək.

Banco.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) üzvü və Hollandiya Mərkəzi Bankının sədri Klaas Knot bildirib. Onun sözlərinə görə, may ayında faiz dərəcəsinin artırılması gözlənilir. İrlandiya Bankının Dublində keçirilən tədbirində iştirak edən K.Knot faiz artımının dayandırılması haqqında danışmağın hələ erkən olduğunu bildirib. Bunun üçün əsas inflyasiya səviyyəsində əhəmiyyətli geri dönüş dinamikasına ehtiyac var.

Bank nümayəndəsi həmçinin AMB-nin may iclasında faiz dərəcəsini 25 baza bəndi, yoxsa 50 baza bəndi artıracağı ilə bağlı sualı cavablayarkən bunun aprel ayı üzrə inflyasiya məlumatlarından asılı olacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et