Rumıniya Ukraynanın kənd təsərrüfatı məhsullarına qarşı tədbirlər planını nəzərdən keçirir | Banco.az

Rumıniya Ukraynanın kənd təsərrüfatı məhsullarına qarşı tədbirlər planını nəzərdən keçirir

Müəllif - Aida İsaq, Banco.az

Rumıniyanın baş naziri Nikolae Çuka Ukraynanın kənd təsərrüfatı məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlərin nəzərdən keçirildiyini açıqlayıb.

Banco.az xəbər verir ki, onun sözlərinə görə, məhdudiyyətlər təkcə dənli bitkilərə deyil, süd, toyuq, günəbaxan yağı və arı balına da təsir edə bilər. Nazir istənilən tədbirlər planının yalnız Avropa qaydalarına və rumıniyalı fermerlərin maraqlarına uyğun olaraq həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının altı şərq ölkəsinin fermerlərinə, o cümlədən Polşa və Macarıstandan olan fermerlərə Ukraynadan taxıl idxalına qoyulan qadağanı aradan qaldırmaq üçün 100 milyon avroluq yardım proqramı vəd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram