Müəllif - Aida İsaq, Banco.az
ABŞ bank sistemi ciddi problemlə üzləşib və tənəzzülə doğru gedir.
Banco.az xəbər verir ki, bu barədə 2008-ci il böhranını proqnozlaşdıran Nyu York Universitetinin iqtisadiyyat professoru Nouriel Roubini bildirib. Onun fikrincə, ABŞ iqtisadiyyatı tənəzzülə sürükləyə biləcək kredit böhranına doğru gedir. Ekspert bunun səbəbini ipoteka, kommersiya daşınmaz əmlak, biznes, kiçik və orta sahibkarlıq üçün kreditlər verən regional banklarla əlaqələndirib. Ekspertin sözlərinə görə, "Silikon Vadisi Bankı"nın iflasından sonra daha kiçik banklar kreditlərin verilməsi prosesini çətinləşdirməsi fonunda ABŞ kredit böhranına doğru yol alacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!