Səudiyyə Ərəbistanında dörd xüsusi iqtisadi zona fəaliyyətə başlayıb | Banco.az

Səudiyyə Ərəbistanında dörd xüsusi iqtisadi zona fəaliyyətə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanının müxtəlif strateji bölgələrində “dörd xüsusi iqtisadi zona”nın açıldığı elan edilib.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman ölkənin strateji bölgələri olaraq Ər-Riyad, Cazan, Rəs əl-Xeyr və Ciddə Kral Abdullah İqtisadi Şəhərində “dörd xüsusi iqtisadi zona”nın fəaliyyətə başladığını açıqlayıb.

Bin Salman qeyd edib ki, xüsusi iqtisadi zonalar müstəsna investisiya təcrübəsi təqdim edəcək və Səudiyyə Ərəbistanının Yaxın Şərq və Afrikaya açılan qapı, Şərq və Qərb bazarları arasında əlaqə kimi mövqeyini möhkəmləndirmək üçün investor mərkəzli inteqrasiya olunmuş logistika və sənaye platformaları yaradacaq.

Səudiyyə Ərəbistanında Xüsusi İqtisadi Şəhərlər və Regionlar İdarəsi tərəfindən təşkil edilən bu xüsusi iqtisadi zonalar uzunmüddətli proqramın birinci mərhələsini təmsil etmək, həmçinin beynəlxalq şirkətləri cəlb etmək, birbaşa xarici investisiyaları təşviq etmək məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et