Müəllif - Aida İsaq, Banco.az
Qlobal kiçik məişət texnikası bazarının 2030-cu ilə qədər 271,23 milyard dollara çatacağı gözlənilir.
Banco.az xəbər verir ki, müvafiq reytinq Fortune Business Insights tərəfindən hazırlanıb. 2022-ci ildə 185,49 milyard dollar olan kiçik məişət texnikası bazarının 2023-cü ildə 193,83 milyard dollara çatacağı proqnozlaşdırılır.
Çin, Hindistan, Yaponiya, Fransa, Braziliya və digər ölkələr kimi inkişaf etməkdə olan ölkələrdə sürətli urbanizasiya tempinin kiçik məişət texnikası bazarında artıma təkan verəcəyi gözlənilir. Asiya Sakit Okean bölgəsinin əhalinin artması səbəbindən kiçik cihazların bazar payına liderlik edəcəyi proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!