Müəllif: Tamara Mustafayeva, Banco.az
“Nestle” qida texnologiyası startapı “YFood”un 49,95%-ni satın alıb.
Banco.az xəbər verir ki, qida və içki nəhəngi “Nestle” yemək əvəzedici içkilər, tozlar və qidalandırıcı barlar satan, birbaşa istehlakçıya xidmət göstərən qida texnologiyası startapı olan “Yfood”un 49,95 faizlik səhmlərini satın alıb.
Məlum olduğu kimi, son on ildə yemək əvəzedici içkilər və zülal barları anlayışı ətrafında ortaya çıxan və birbaşa istehlakçıya xidmət göstərən qida texnologiyası təşəbbüslərinə investorların marağı gündən-günə artır. İsveçrənin qida və içki nəhəngi “Nestle” də “Yfood” startapının səhmlərini satın almaqla bu tendensiyaya qoşulub.
Qeyd edək ki, hər iki şirkət alqı-satqı prosesinin maliyyə şərtlərini bölüşməyib.
İş yerində sağlam yemək axtaran iki keçmiş bankir tərəfindən qurulan “YFood” 2022-ci ildə 120 milyon avro satış gəliri əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!