Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ISM xidmətlər indeksi yeni sifarişlərin azalması ilə mart ayında aşağı düşüb.
Banco.az xəbər verir ki, ISM xidmətlər indeksi mart ayında 51,2 punkta düşüb ki, bu da ötən 3 ayın ən aşağı səviyyəsidir.
Proqnozlar isə 54,4 istiqamətində idi. Fevral ayında isə indeks 55,1 səviyyəsində hesablanmışdı.
50-dən yuxarı göstərici sektorda artımı əks etdirsə də, bu azalma şirkətlərin və istehlakçıların daha ehtiyatlı davrandığını göstərir.
Qeyd edək ki, yeni sifarişlər indeksi 10 bənddən çox azalaraq 52,2-yə, məşğulluq indeksi 54-dən 51,3-ə, istehsal indeksi isə 55,4-ə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!