Müəllif - Aida İsaq, Banco.az
Fransa Milli Assambleyasının üzvü Jeremy Patrier-Leytu Aİ şirkətlərinin Rusiyada françayzinq biznesi qurmaq imkanlarını məhdudlaşdırmaq üçün yeni vergi mexanizmini tətbiq etməyə çağırıb.
Banco.az xəbər verir ki, belə bir təşəbbüslə o, Fransanın xarici işlər naziri Ketrin Kollonete müraciət edib. Onun sözlərinə görə, Aİ Rusiyaya qarşı çoxtərəfli sanksiyalar tətqbiq etsə də, bəzi Avropa şirkətləri, o cümlədən Fransa brendləri hələ də Rusiyada fəaliyyət göstərirlər. Ekspert iri müəssisələrin Avropaya “açıq düşmənçilik” münasibəti göstərən ölkəyə daxil olmasının qarşısının alınmalı olduğunu bildirib.
Sözügedən şirkətlərin Rusiyadakı fəaliyyətindən əldə edilən gəlirlərin müsadirəsi və vergidən əldə edilən gəlirin ukraynalı qaçqınlar, humanitar aksiyalar üçün yönəldiləcəyi bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!