Almaniyada illik inflyasiya 7,4 faizə düşüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Almaniyada illik inflyasiya 7,4 faizə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada illik inflyasiya mart ayında gözləntilərə uyğun olaraq 7,4 faiz hesablanıb.

Banco.az xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsi (Destatis) mart ayı üzrə qiymət artımı ilə bağlı aparıcı məlumatları açıqlayıb.

Buna görə, Almaniyada yanvar və fevral aylarında 8,7 faiz olan illik inflyasiya mart ayında gözləntilərə yaxın olaraq 7,4 faizə geriləyib.

Sözügedən dövrdə  illik inflyasiyanın 7,3 faizə düşəcəyi gözlənilirdi.

Almaniyada İstehlak Qiymətləri İndeksi (CPI) mart ayında əvvəlki aya görə 0,8 faiz artıb.

Qeyd edək ki, bu dövrdə enerji qiymətləri illik 3,5 faiz artarkən, ərzaq qiymətlərində illik artımın orta göstəricinin üzərində - 22,3 faiz olması diqqət çəkib. Xidmətlərdə artım isə 4,8 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram