Azərbaycanda bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb | Banco.az

Azərbaycanda bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə bu il fevralın 23-dən sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb.

AMB-nin məlumatına görə, qurum eyni zamanda 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlayıb. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərinin tənzimlənməsinə imkan verir.

“İnflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq AMB antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair qəbul edilmiş qərara uyğun olaraq fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıb. Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 milyon manat (57%) artıb", - deyə AMB bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et