BVF Çin iqtisadiyyatının güclü bərpa əlamətləri göstərdiyini açıqlayıb | Banco.az

BVF Çin iqtisadiyyatının güclü bərpa əlamətləri göstərdiyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF-in direktoru Kristalina Georgieva bildirib ki, Çin güclü iqtisadi bərpa əlamətləri göstərir.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva 2023 Çin İnkişaf Forumunda çıxış edib.

O, Çinin artıq əsaslı iqtisadi bərpa dövrünə qədəm qoyduğunu vurğulayaq BVF-nin yanvar ayında Çinin ÜDM artımını 5,2 faiz səviyyəsində təyin etdiyini xatırladıb. Bu isə 2022-ci illə müqayisədə 2 faizdən çox artım deməkdir.

2023-cü ildə qlobal iqtisadi artımın təxminən üçdə birinin Çinin payına düşəcəyini söyləyən Georgieva, "Bu həm Çin, həm də dünya üçün vacibdir", deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin vurğulanıb ki, Çində ÜDM göstəricisinin bir faiz bəndi artması digər Asiya iqtisadiyyatlarında orta hesabla 0,3 faiz bəndi artıma səbəb ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et