Müəllif - Aida İsaq, Banco.az
“Silikon Vadisi Bankı”nın iflası fonunda qlobal maliyyə bazarları iki gün ərzində 465 milyard dollar itirib.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. SVB-nin müflisləşməsi digər bankların istiqrazlarına da öz mənfi təsirini göstərdi. Eyni zamanda bazar ertəsi ABŞ Xəzinədarlığının gəlirləri Federal Ehtiyat Sisteminin bank böhranı səbəbindən faiz artımını təxirə salacağına dair gözləntilər fonunda aşağı düşüb. Məlumata görə, SVB-nin iflası ilə bağlı bazarda yaranan qarışıq vəziyyət fonunda ən çox ABŞ-ın regional banklarının kotirovkaları zərər çəkib. Öz növbəsində, Avropa banklarının səhmləri stabilliyini qoruyub. İstisna olaraq “Credit Suisse Group”un səhmlərinin dəyərində 4,4% azalma qeydə alınıb. Asiya regionunda ən çox Yaponiya banklarının səhmləri təsirlənib. “Jimoto Holdings”, “Tsukuba Bank” və “Fukushima Bank”ın səhmləri üç gün ərzində 10%-dən çox dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!