Müəllif:Mehin Qasımova,Banco.az
Kriptovalyuta bazarında satış təzyiqi artıb.
"Binance" birjasında mümkün təhlükəsizlik pozuntusu ilə bağlı narahatlıqlar fonunda Bitcoin-in qiyməti 4%-dən çox ucuzlaşaraq 78 min dollar səviyyəsindən aşağı enib.
Banco.az xəbər verir ki, "Bitcoin" 77 994 dollara qədər geriləyib. Eyni zamanda, "Ethereum" 4,84% ucuzlaşaraq 2 247 dollara, Binance-in yerli tokeni BNB isə 7,68% azalaraq 694 dollara düşüb.
Məlumata görə, "Circle" və "Tether" də daxil olmaqla kriptovalyuta şirkətləri şübhəli əməliyyatlarla əlaqəli vəsaitlərin hərəkətini məhdudlaşdırıb.
Belə ki, "Circle" 800 milyon dollardan çox USDC," Tether" isə 1,5 milyard dollardan çox USDT dəyərində aktivləri dondurub. "Ripple" da təxminən 200 milyon dollarlıq vəsaitin köçürülməsinin qarşısını almağa kömək edib. Kriptovalyuta bazarında yaranan narahatlıqlar investorların risk iştahasına mənfi təsir göstərib.
