“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır” | Banco.az

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayır”.

Bunu Amerika Xarici Siyasət Şurasının (AFPC) baş elmi işçisi Mamuka Tsereteli Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Araşdırma Proqramının birgə təşkil etdiyi “Avropanın enerji təhlükəsizliyində Cənubi Qafqazın artan rolu” adlı vebinarda deyib.

O, Azərbaycan, Türkiyə və Gürcüstanın həyata keçirdiyi enerji layihələrinin təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də Aİ ölkələrinin enerji resursları ilə təmin olunmasında mühüm rol oynadığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

M.Tsereteli Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan arasında 2022-ci il dekabrın 17-də yaşıl elektrik enerjisi təchizatı üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi haqqında imzalanmış memorandumu xatırladıb və əlavə edib ki, bu layihə Cənubi Qafqaz ölkələrinin və Aİ-nin əməkdaşlıq edəcəyi növbəti layihə olacaq.

Bərpa olunan enerji mənbələrinin inkişafı potensialından danışan ekspert gələcəkdə Azərbaycanın alternativ enerjinin, xüsusilə də külək enerjisinin Avropa ölkələrinə ixracına başlaya biləcəyini vurğulayıb.

report

Ən sərfəli krediti almaq üçün müraciət et