Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə yanvar ayında bankların ümumi mənfəəti illik müqayisədə 95,7 faiz artım göstərib.
Banco.az xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) açıqladığı məlumatlara görə, 2023-cü ilin yanvar ayında bank sektorunun ümumi xalis mənfəəti 95,7 faiz artaraq 39,3 milyard lirəyə çatıb.
Əvvəlki ilin eyni dövründə 3,13 faiz olan NPL (qeyri-işlək kreditlər) nisbəti 2023-cü ilin yanvar ayında 2,01 faiz olub.
Əsas kapitalın adekvatlıq əmsalı isə 13 faiz təşkil edib. 2022-ci ilin yanvar ayında bu nisbət 14 faiz idi.
Bizi sosial şəbəkələrdən izləyin!!