Avropa İttifaqı əməkdaşlarının "TikTok"dan istifadəsinə qadağa qoyub | Banco.az

Avropa İttifaqı əməkdaşlarının "TikTok"dan istifadəsinə qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası işçilərinə “Tiktok” tətbiqini şəxsi və korporativ telefonlarından silməyi tapşırıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) icraiyyə orqanı kimi fəaliyyət göstərən Avropa Komissiyası təhlükəsizlik tədbirləri çərçivəsində “TikTok” sosial media tətbiqinin istifadəsini qadağan edib.

Bu çərçivədə səhər saatlarında Komissiya bütün əməkdaşlarına bildiriş göndərərək sözügedən tətbiqi işlə bağlı hər hansı bir proqramın quraşdırıldığı şəxsi və ya korporativ cihazlardan silinməsini tapşırıb.

Qeyd edək ki, yaxın günlərdə Aİ-nin digər rəsmi qurumları olan Avropa Şurası və Avropa Parlamentinin də oxşar addımlar atacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et