AYİB Türkiyənin 2023-cü il üzrə artım proqnozunu aşağı salıb | Banco.az

AYİB Türkiyənin 2023-cü il üzrə artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təbii fəlakətlərin Türkiyənin ÜDM-ni 1 faiz azaldacağını proqnozlaşdırmağı məqsədəuyğun hesab edib.

Banco.az xəbər verir ki, təşkilat seçkilərin yaratdığı qeyri-müəyyənlik və artan xarici maliyyə tələbləri səbəbindən Türkiyənin 2023-cü il üzrə artım proqnozunu 3,5 faizdən 3 faizə endirib.

AYİB aylıq hesabatında ən çox maliyyə ayırdığı ölkə olan Türkiyədə növbəti aylarda artması gözlənilən tikinti fəaliyyətlərinin dağıntının infrastruktur və təchizat zəncirlərinə təsirini yüngülləşdirəcəyini proqnozlaşdırıb və ÜDM-in 1 faiz azalmasının "məqbul hesablama" olduğunu bildirib.

Hesabatda həmçinin qeyd olunub ki, 2015-ci ildənbəri türk lirəsinin dəyər itirmə sürəti bəri inflyasiyanın artım sürətindən daha çoxdur, bununla belə, xərclərin ABŞ dolları ilə ifadədə zəif olması səbəbindən ölkədə ixrac səviyyəsi artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et