Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya şirkətləri Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkən insanlara təcili yardım göstərmək üçün vəsait toplamağa başlayıb.
Banco.az xəbər verir ki, Yaponiyanın pərakəndə nəhəngi “Aeon” şirkəti ölkənin müxtəlif yerlərindəki 10 min satış nöqtəsində qutular quraşdırıb və ianələri fevralın 26-dək qəbul edəcək.
Toplanan vəsait təbii fəlakətdən zərər çəkmiş bölgələrə dəstək məqsədilə Türkiyənin Tokiodakı səfirliyi vasitəsilə göndəriləcək.
Qeyd edək ki, digər iki böyük pərakəndə satış şirkəti - “Seven & i Holdings” və “FamilyMart” da öz supermarketlərində və mağazalarında ianə qəbuluna başlayıblar.
"Yahoo! Japan" texnologiya firması isə cümə axşamı günü onlayn olaraq 50 milyon yen və ya təxminən 400 min dollar topladığını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!