Türkiyədə investisiya və pensiya fondlarının fəaliyyəti dayandırılıb | Banco.az

Türkiyədə investisiya və pensiya fondlarının fəaliyyəti dayandırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kapital Bazarları Şurası (SPK) fond əməliyyatları ilə bağlı qərarlarını dərc edib.

Banco.az xəbər verir ki, Türkiyənin Elektron Fond Ticarət Platforması (TEFAS) və Özəl Pensiya Fondu Ticarət Platformasında (BEFAS) həyata keçirilən bütün ticarət əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Mövzu ilə bağlı SPK-nın açıqlamasında qeyd olunub ki, İstanbul Fond Birjasının zəlzələlər səbəbindən bağlanmasına görə 8 fevral tarixindən etibarən bazarın yenidən açılmasına qədər əməliyyatların icrasının dayandırılmasına dair portfel sahiblərinə bildiriş göndərilib.

Xatırladaq ki, Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ ilə bağlı İstanbul Fond Birjası dünəndən etibarən fəaliyyətini qeyri-müəyyən tarixə qədər dayandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et