Almaniya enerji qiymətlərinin ucuzlaşmasını gözləmir | Banco.az

Almaniya enerji qiymətlərinin ucuzlaşmasını gözləmir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek enerji qiymətlərində azalma gözləmədiyini dilə gətirib.

Banco.az xəbər verir ki, Robert Habek Almaniya Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verib.

O bildirib ki, Almaniyanın təbii qaz anbarlarındakı qaz ehtiyatı bu qışın sonuna qədər kifayət edərsə, ölkədə keçən il müşahidə olunan rekord qiymət artımı təkrarlanmayacaq.

Qlobal bazarlarda enerji qiymətlərinin ucuzlaşmasını gözlənilmədiyini ifadə edən Habek, "Heç kim həqiqətən yaxşıya doğru daimi bir dəyişikliyin olub-olmayacağından əmin ola və ya proqnozlaşdıra bilməz. Amma şans var", deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et