Maliyyə Nazirliyi ötən il 226 milyon manat artıq və əsassız ödəniş aşkar edib | Banco.az

Maliyyə Nazirliyi ötən il 226 milyon manat artıq və əsassız ödəniş aşkar edib

2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 185 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 225 710 min manat artıq və əsassız ödənişlər aşkar edib.

Maliyyə Nazirliyinin məlumatına görə bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, həmin vəsaitin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə bərpası təmin edilib.

"Yerdə qalan vəsaitin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür", - deyə nazir qeyd edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et