Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da iyun ayında mənfi aylıq inflyasiya müşahidə olunub.
Banco.az xəbər verir ki, ABŞ-da istehlak qiymətləri aylıq müqayisədə 2020-ci ildən bəri ilk dəfə azalıb.
İyun ayında ABŞ-da istehlak qiymətləri aylıq baza üzrə 0,4 faiz geriləyib.
“Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların gözləntisi istehlak qiymətlərinin aylıq müqayisədə 0,1 faiz azalacağı istiqamətində idi.
İyun ayında illik inflyasiya isə 3,5 faiz təşkil edib.
İllik inflyasiya üzrə proqnoz 3,8 faiz artım səviyyəsində müəyyən edilmişdi.
Baza inflyasiya göstəriciləri də gözləntilərdən aşağı olub. İyun ayında aylıq baza inflyasiyası dəyişməyib. Halbuki gözlənti 0,2 faiz artım idi.
İllik baza inflyasiyası da 2,6 faiz səviyyəsində qərarlaşaraq gözlənilən 2,8 faiz göstəricisindən aşağı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
