Müəllif - Aida İsaq, Banco.az
Rusiya və İran mərkəzi bankları arasında saziş imzalanıb.
Banco.az xəbər verir ki, müvafiq saziş ölkələr arasında maliyyə və bank əməliyyatlarını və hər iki ölkədə biznesin inkişafını stimullaşdırmaq məqsədi daşıyır. Müqavilənin imzalanması mərasimində Rusiya tərəfindən iştirak edən Rusiya Bankının təmsilçisi Vladislav Qridçin sözlərinə görə, hər hansısa sanksiyalar paketi ölkələr arasında əldə olunan razılaşmaya təsir göstərməyəcək.
Qeyd edək ki, ötən il sözügedən ölkələr arasında ticarət dövriyyəsi 15% artaraq 4,6 milyard dollara çatıb. Bununla yanaşı, Rusiya son 15 ildə İranın ən böyük xarici investoruna çevrilib.
Bizi sosial şəbəkələrdən izləyin!!