Dünyanın ən böyük çip istehsalçısı gözləniləndən daha yaxşı mənfəət əldə edib | Banco.az

Dünyanın ən böyük çip istehsalçısı gözləniləndən daha yaxşı mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük çip istehsalçısı olan TSMC 2025-ci ilin dördüncü rübündə gözləniləndən daha yaxşı mənfəət əldə etdiyini bildirib.

Banco.az xəbər verir ki, “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) qlobal süni intellektə olan güclü tələbin fonunda kapital xərcləri və gəlir gözləntiləri üzrə bazar proqnozlarını üstələyib.

Şirkət 2025-ci il üçün kapital xərclərini 52–56 milyard ABŞ dolları aralığında proqnozlaşdırdığını açıqlayıb. Bu göstərici ötən illə müqayisədə ən azı 25 faiz artıma işarə edir.

TSMC həmçinin 2026-cı ildə gəlirlərində təxminən 30 faiz artım gözlədiyini bildirib. Bu proqnoz analitiklərin orta gözləntisindən yüksəkdir.

Dekabr rübündə TSMC-nin xalis mənfəəti 505,7 milyard Tayvan dolları (təxminən 16 milyard ABŞ dolları) təşkil edərək gözləntiləri üstələyib və şirkətin illik gəlirinin ilk dəfə 100 milyard ABŞ dolları həddini aşmasına töhfə verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram