Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Statistika Ofisi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozona üzrə 2025-ci ilin noyabr ayına dair beynəlxalq ticarət məlumatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, məlumata görə, Aİ-nin ixracı noyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq 213,8 milyard avroya, idxalı isə 2,9 faiz geriləyərək 205,7 milyard avroya düşüb. Nəticədə Aİ sözügedən ayda 8,1 milyard avro həcmində xarici ticarət profisiti əldə edib.
Avrozonada isə noyabr ayında ixrac 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,4 faiz azalaraq 240,2 milyard avro, idxal isə 1,3 faiz enərək 230,3 milyard avro olub. Bu dövrdə Avrozonanın xarici ticarət profisiti 9,9 milyard avro təşkil edib.
Hesabat dövründə Aİ-dən ən çox idxal edən ölkələr belə sıralanıb:
- ABŞ – 37,4 milyard avro,
- Böyük Britaniya – 28,4 milyard avro,
- İsveçrə – 18,7 milyard avro,
- Çin – 16,4 milyard avro,
- Türkiyə – 9,6 milyard avro.
Aİ ölkələrinə ən çox ixrac həyata keçirən ölkələr isə bunlar olub:
- Çin – 48,7 milyard avro,
- ABŞ – 26,7 milyard avro,
- Böyük Britaniya – 13 milyard avro,
- İsveçrə – 12,3 milyard avro,
- Türkiyə – 8,1 milyard avro.
Bizi sosial şəbəkələrdən izləyin!!
