Azərbaycan Mərkəzi Bankı tədqiqat işləri barədə ictimaiyyəti məlumatlandıracaq | Banco.az

Azərbaycan Mərkəzi Bankı tədqiqat işləri barədə ictimaiyyəti məlumatlandıracaq

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-17-də ilk dəfə “tədqiqat həftəsi” adlı tədbir keçirəcək.

Tədbir qurumun apardığı tədqiqat işlərinin ictimai müzakirəsinə həsr olunacaq.

Hər il AMB-də pul və maliyyə sabitliyi siyasətinə xidmət edən, eləcə də bir sıra aktual makroiqtisadi mövzularda empirik tədqiqatlar həyata keçirilir. Bu tədqiqat işləri adətən qurumun daxilində, həmçinin beynəlxalq institut və yaxud xarici ekspertlərlə müzakirə edilərək təkmilləşdirilir, xarici jurnallara və konfranslara təqdim olunur. Onların bir çoxu hər il AMB-nin internet səhifəsində işçi məqalə kimi dərc olunur.

Bu ildən isə AMB tədqiqat işlərinin ictimai müzakirəsini təşkil etməyə başlayır. Əsas məqsəd tədqiqatların nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq, iqtisadi siyasətdə, ictimai müzakirə və ekspert mülahizələrində tədqiqata əsaslanma ənənəsini möhkəmlətmək, həmçinin növbəti tədqiqatlar üçün rəy və təkliflər almaqdır. İqtisad istiqaməti üzrə tədris fəaliyyəti ilə məşğul olan professor-müəllim heyəti, elmi işçilər, ali təhsil müəssisələrində təhsil alan tələbələr, iqtisadi siyasətə məsul dövlət qurumlarının analitik işlər həyata keçirən əməkdaşları, iqtisadçı ekspertlər və jurnalistlər, tədqiqata marağı olan hər kəs bu müzakirələrdə iştirak edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et