“Samsung Galaxy S23”ün qiyməti açıqlandı | Banco.az

“Samsung Galaxy S23”ün qiyməti açıqlandı

Müəllif - Aida İsaq, Banco.az

“Samsung Galaxy S23”, “S23 Plus” və “S23 Ultra” modellərinin qiymətləri bəlli olub.

Banco.az xəbər verir ki, “Galaxy S23” əsas modeli 8/128 GB və 8/256 GB versiyalarında müvafiq olaraq 799 və 849 dollara satılacaq. Eyni kombinasiyalarda olan “Galaxy S23 Plus” versiyası 999 və 1049 dollar qiymət səviyyəsində təqdim olunacaq.

“Galaxy S23 Ultra” isə üç modifikasiya üzrə 8/256 GB, 12/512 GB və 12/1024 GB müvafiq olaraq 1249 dollar, 1349 dollar və 1499 dollara satılacaq.

Qeyd edək ki, “Galaxy S23” seriyasından olan smartfonların təqdimatı 2023-cü il fevralın 1-də baş tutacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et