Bank Respublika
Xidmətlər üzrə məsləhətçi (Reception) – Xırdalan
Vakansiya haqqında məlumat:
“Bank Respublika” ASC Xırdalan filialı üçün Xidmətlər üzrə məsləhətçi (Reception) vakansiyasını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Müştərilər arasında aparılan sorğularda iştirak;
- Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili orta səviyyədə arzuolunandır;
- Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 yanvar 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Xırdalan qeyd etməklə HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!