Bu ölkədə şirkətlər bu il bizneslərinin kiçiləcəyini gözləyirlər | Banco.az

Bu ölkədə şirkətlər bu il bizneslərinin kiçiləcəyini gözləyirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almanyada şirkətlər bu il bizneslərinin kiçiləcəyini gözləyirlər.

Banco.az xəbər verir ki, Alman İqtisadiyyat İnstitutu (IW) bildirib ki, 10 alman şirkətindən təxminən 4-ü 2023-cü ildə bizneslərinin daralacağını gözləyir.

IW 2500 alman şirkəti ilə həyata keçirilmiş 2023-cü il üzrə gözlənti sorğusunun nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, Almaniyada şirkətlərin 39 faizi bu il biznes fəallığının azalacağını gözləyir.

Sözügedən şirkətlər buna səbəb kimi isə yüksək enerji xərcləri, təchizat zəncirində problemlər və Ukraynada davam edən müharibəni göstəriblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sorğuda iştirak edən şirkətlərin təkcə 32 faizi cari biznes vəziyyətlərini bir il əvvəlkindən daha yaxşı kimi qiymətləndiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et