Bu ölkə yeni ilə elektrik enerjisi qiymətlərinin bahalaşması ilə başlayacaq | Banco.az

Bu ölkə yeni ilə elektrik enerjisi qiymətlərinin bahalaşması ilə başlayacaq

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada yüksək enerji qiymətləri vətəndaşların maddi durumuna ağır zərbə vurmağa davam edir.

Banco.az xəbər verir ki, bunun nəticəsində enerji istehlakında son illərə nəzərən azalma müşahidə olunur. Münhen İqtisadi Tədqiqatlar İnstitutu hesablamalar apararaq, enerji qiymətlərinin bahalaşmasının Almaniyaya 110 milyard avroya başa gələcəyini bildirib. Bununla yanaşı, hazırda müşahidə olunan real gəlirlərdəki azalmanın da, yaxın gələcəkdə davam edəcəyi qeyd olunur.

Qeyd edək ki, bundan öncə enerji qiymətlərinin məhdudlaşdırılması istiqamətində görülən tədbirlərə baxmayaraq, ölkə sakinlərinin qaz və elektrik enerjisi tariflərində gələn ildən başlayaraq əhəmiyyətli dərəcədə bahalaşma gözlədiyi bildirilirdi. Məlumata görə, qazdan ildə 20 000 kilovat-saat enerji istehlak edən əhali ötən payızla müqayisədə 112% çox ödəniş etməli olacaq.

Xatırladaq ki, noyabr ayında Almaniya kansleri Olaf Şolz hökumətin qaz və elektrik daxil olmaqla enerji qiymətlərinin aşağı salınması üçün tədbirlər paketini təsdiqlədiyini açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et