Müəllif: Tamara Mustafayeva, Banco.az
Sanksiyalar “Sberbank”ı ofisini bağlamağa məcbur edib.
Banco.az xəbər verir ki, Rusiyanın ən böyük bankı olan “Sberbank”ın İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyahin sanksiyalara görə Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ofislərini bağlayacaqlarını açıqlayıb.
Bu səbəbdən BƏƏ-dəki ofislərini bağlamaq qərarına gəldiklərini izah edən Vedyahin, “2023-cü ilin ilk rübündə BƏƏ-dəki ofisimizi bağlamaq məcburiyyətində qalacağımız üçün təəssüf edirik. Bununla belə, biz ofisimizi bağladıqdan sonra BƏƏ bazarında müştərilərə kömək etməyə davam edəcəyik”, deyə əlavə edib.
Vedyahin həmçinin qeyd edib ki, 2023-cü ilin sonuna qədər Çində də filial açmağa ümid edirlər.
Qeyd edək ki, təxminən 110 milyon müştərisi ilə Rusiyanın ən böyük bankı olan “Sberbank” ABŞ və Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalan Rusiya bankları arasındadır.
Bizi sosial şəbəkələrdən izləyin!!