Rusiya və Türkiyə gübrə ixracı ilə bağlı birgə addımlar atacaq | Banco.az

Rusiya və Türkiyə gübrə ixracı ilə bağlı birgə addımlar atacaq

Müəllif - Aida İsaq, Banco.az

Ankara və Moskva qısa zaman çərçivəsində Rusiyadan gübrə ixracına başlamaqla bağlı lazımi tədbirlərin həyata keçirilməsinə start verəcək.

Banco.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda türk gəncləri ilə görüşündə qeyd edib. Dövlət başçısı Ukraynadan kənd təsərrüfatı məhsullarının Qara dənizdəki taxıl dəhlizi ilə ixracı ilə müqayisədə Rusiyadan gübrələrin tədarükü ilə bağlı vəziyyətin daha gərgin olduğunu bildirib. Bu səbəbdən, o, Rusiya ilə birlikdə bu məsələdə birgə addımların atılmasının aktual olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram