Amerikanın 2023-cü maliyyə ili üçün büdcə qanun layihəsi təsdiqlənib | Banco.az

Amerikanın 2023-cü maliyyə ili üçün büdcə qanun layihəsi təsdiqlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Konqresinin Nümayəndələr Palatası 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə qanun layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, 2023-cü maliyyə ilinin başa çatacağı 30 sentyabr 2023-cü ilə qədər ABŞ federal hökumətinin maliyyələşdirilməsini nəzərdə tutan büdcə layihəsi 201 əleyhinə, 225 lehinə səslə qəbul edilib.

Qeyd edək ki, sözügedən büdcə layihəsində Ukraynaya 45 milyard dollarlıq hərbi, humanitar və iqtisadi yardım da nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et