Müəllif - Aida İsaq, Banco.az
Aİ ölkələri 2023-cü ildə Ukraynaya 18 milyard avro vəsaitin ayrılmasını yekdilliklə təsdiqləyib.
Banco.az xəbər verir ki, daha öncə Avropa İttifaqı Şurasının üzvləri Kiyevin gələn il 18 milyard avro məbləğində kredit dəstəyi alması üçün zəruri olan sənədlərin hazır olması ilə bağlı məlumat yayılmışdı. Beləliklə hazırda səfirlər müvafiq qərarın həyata keçirilməsini təsdiqləyiblər. Bu barədə Çexiyanın Avropa İttifaqındakı nümayəndəliyi "Twitter" səhifəsində bildirib.
Qeyd edək ki, sözügedən maliyyə yardımı Ukraynanın zəruri ehtiyaclarını qarşılamaq, infrastrukturunu bərpa etmək və ilkin olaraq ölkəni Avropaya inteqrasiyasını təmin etmək məqsədi daşıyır.
Bizi sosial şəbəkələrdən izləyin!!