Türkiyədə işsiz əhalinin sayı artıb | Banco.az

Türkiyədə işsiz əhalinin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə oktyabr ayında işsiz əhalinin sayı artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə işçi qüvvəsi statistikasını dərc edib. 

Buna görə, sözügedən dövrdə ölkədə işsizlik nisbəti 0,1 faiz bəndi artaraq 10,2 faiz olub. Bu nisbət kişilər üçün 8,6 faiz ikən, qadınlar üçün 13,3 faiz qeydə alınıb.

TÜİK-in məlumatına görə, 2022-ci ilin oktyabr ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 57 min nəfər artaraq 3 milyon 534 min nəfərə çatıb. 

Sözügedən dövrdə məşğul əhalinin sayı əvvəlki aya nəzərən 229 min nəfər artaraq 31 milyon 200 min nəfər, məşğulluq nisbəti isə 0,3 bənd artaraq 48,0 faiz olub. Bu göstərici kişilərdə 65,6 faiz olduğu halda, qadınlarda 30,8 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et