Müəllif - Aida İsaq, Banco.az
Avropa Komissiyası və Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin hazırlanmasını müzakirə edib.
Banco.az xəbər verir ki, məhdudlaşdırılma siyahısına 180 mövqenin əlavə edilməsi təklif edilir. Yeni sanksiyaların texnologiya, maliyyə və media sahələrini əhatə edə biləcəyi vurğulanıb.
Qeyd edək ki, daha öncə Avropa Komissiyası müvafiq sanksiyalar paketinin hazırlanması ilə bağlı Aİ ölkələri ilə müzakirələrə başlamağa hazır olduğunu bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!