Müəllif: Gülnar Əhmədli, Banco.az
Gürcüstandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 10 milyon 323 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 milyon 583 min dollar və ya 53,2% çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 6 milyon 740 min dollara bərabər olub.
3 ayda Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3,5% təşkil edib.
Qeyd edək ki, eyni dövrdə Azərbaycandan Gürcüstana pul köçürmələri isə 1,4 milyon dollar və ya 19,8% azalaraq 5,6 milyon dollara enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
