Müəllif:Ayşən İmanova/Banco.az
“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta Platforms” “Ray-Ban eynək markasının sahibi Fransanın “EssilorLuxottica” şirkətinin təxminən 5%-ni almaq üçün danışıqlar aparır.
Banco.az xəbər verir ki, mümkün sövdələşmə haqqında “The Wall Street Journal” mənbələrə istinadən yazır.
Şirkətlər artıq “Meta AI” texnologiyası əsasında “Ray-Ban” smart eynəklərini birgə istehsal edən tərəfdaşdırlar. Bu aksesuarların satışlarının şirkətlərin gözləntilərini üstələdiyi qeyd edilir.
“EssilorLuxottica”nın kapitallaşmasına əsasən, şirkətin 5%-lik payının dəyəri təxminən 4,5 milyard avro təşkil edir. Öz növbəsində Mark Zukerberqin əsasını qoyduğu “Meta”nın bazar dəyəri 1,2 trilyon dollara yaxınlaşır.
Bildirilib ki, “EssilorLuxottica”da pay aldıqdan sonra “Meta” birgə cihazların istehsalını genişləndirməyi planlaşdırır.
Bu xəbərin fonunda Parisdəki ticarət zamanı “EssilorLuxottica” səhmləri 3,4%, “Meta” səhmləri isə 1,5% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!