Zoom xidmət keyfiyyətini artırmaq üçün bu ölkədə yeni mərkəz yaradacaq | Banco.az

Zoom xidmət keyfiyyətini artırmaq üçün bu ölkədə yeni mərkəz yaradacaq

Tamara Mustafayeva, Banco.az

Video-konfrans tətbiqi olan Zoom Sinqapurda yeni data mərkəzi açmağa hazırlaşır.

Ötən ildən bəri bütün dünyanı öz təsiri altına alan Covid-19 pandemiyası video-konfrans tətbiqlərinə tələbatı artırdı. Bu tətbiqlərdən ən məşhuru olan Zoom qısa müddət rəzində milyonlarla insan tərəfindən istifadə edilməyə başlandı və şirkətin bazar dəyəri də təqribən iki qat artdı. Odur ki, şirkət də xidmət keyfiyyətini artırmaq üçün bir sıra addımlar atmağa davam edir.

Amerikalı şirkəti Sinqapurda yüzlərlə mühəndisin çalışacağı yeni araşdırma və data mərkəzi açmağı planlaşdırır. Şirkət bu mərkəzlə Asiya-Sakit Okean bölgəsindəki istifadəçiləri üçün data potensialını iki dəfə atırmağı hədəfləyir. Sözügedən data mərkəzi Hindistan, Çin və Amerikadakı digər araşdırma müəssisələrinin bir hissəsi kimi fəaliyyət göstərəcək və həmçinin şirkətin San-Xose mərkəzindəki mühəndis heyətini dəstəkləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkət hazırda mərkəzin inşa ediləcəyi yerin araşdırıldığını və mühəndislərin işə qəbul prosesinin başladıldığını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et