"Ziraat Bank Azərbaycan" bu ilin əvvəlindən başlayan müsbət artım dinamikasını davam etdirib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% artaraq 712 mln. manata çatıb.
Bu dövrdə Bankın kredit portfeli də ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% artıb. Belə ki, portfelin həcmi 360 milyon manata yaxınlaşıb. Bankın depozit portfeli isə 491 milyon 409 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 54,6% və ya 173,6 milyon manat artımdır.
Qeyd edək ki, Bank 2023-cü ilin əvvəlindən 6.4 mln manat xalis mənfəət əldə edib. Bu isə 2022-ci ilin 9 ayı ilə müqayisədə 233 min manat çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!