"Ziraat Bank Azərbaycan"ın kredit və depozit portfeli artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Ziraat Bank Azərbaycan"ın kredit və depozit portfeli artıb

"Ziraat Bank Azərbaycan" müsbət artım dinamikasını 2023-cü il ərzində də davam etdirib. Belə ki, bank 2023-cü ildə 8,5 milyon manat xalis mənfəət əldə edib. Bu isə 2022-ci ilə nisbətən 12,6% çoxdur.

Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə "Ziraat Bank Azərbaycan"ın aktivləri 107 milyon 785 min manat və ya 20,4% artaraq 636 mln. manatı ötüb.

Hesabat ilində bankın kredit portfeli də illik müqayisədə 73,4 milyon manat və ya 23,1% artaraq 391 milyon manata yaxınlaşıb. Bankın depozit portfeli isə 411 manatı ötüb ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 29,5% və ya 93,6 milyon manat artımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram