Zərər üçün 64 mln manat ehtiyat ayırdı | Banco.az

Zərər üçün 64 mln manat ehtiyat ayırdı

Səhmdar kapitalının 99.84%-i Paşa Holding`ə məxsus olan Kapital Bank ilin əvvəli ilə müqayisədə 2014-cü ildə nizamnamə kapitalını 2,3 dəfə artıraraq 185 850 min manata çatdırmışdır. 

Ümumilikdə isə Kapital Bank`ın aktivlərinin həcmi 28% artaraq 1,34 mlrd manat olmuşdur.

Kapital Bank fəaliyyətin əsasını təşkil edən faizlərdən təxminən 89 mln manat, qeyri-faiz əməliyyatlarından isə 50 mln manat gəlir əldə etmişdir. Bunun qarşılığında faiz və qeyri-faiz xərcləri uyğun olaraq 22.8 və 63.8 mln manat təşkil etmişdir. 2014-cü ilin yanvar –sentyabr aylarında Kapital Bank`ın xalis mənfəəti isə 39 495 min manata bərabər olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bank aktivlərinin 65%-i, yəni 870 mln manatını müştərilərə verilmiş kredit və lizinqlər təşkil edir. Bununla yanaşı, nağd vəsaitlər (223.5 mln manat) və Mərkəzi Bank da daxil olmaqla, başqa banklarda açılan müxbir hesablardakı vəsaitlər (159 mln manat) aktivlərin tərkibində xüsusi çəkisi ilə seçilirlər. Belə ki, bank aktivlərinin 11.8%-i nağd vəsaitlər, 16.6%-i isə nostro hesablardakı vəsaitlər təşkil edir.

Bank vəsaitlərinin cəlb edilmə mənbəsi kimi müştərilərdən və banklardan cəlb edilən depozitlər mühüm əhəmiyyət kəsb edir. Banklardan cəlb edilən depozitlərin həcmi 291 mln manat, müştərilərdən cəlb edilən depozitlərin həcmi isə 535 mln manata bərabər olmuşdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et