Zəkamızı hansı üsullarla daha da gücləndirə bilərik? - 5 üsul | Banco.az

Zəkamızı hansı üsullarla daha da gücləndirə bilərik? - 5 üsul

Hər kəs güclü bir zəkasının olmağını təbii ki istər, güclü zəka iş prosesini daha tez mənimsəmək də deməkdir. Lakin beyin sistemimiz elə bir yerdir ki, biz yaşlandıqca oda yaşlanır, yəni zəifləyir. Məsələn, gənc uşaqların zəkası yaşlı insanlarla müqayisədə 1 saniyədə məlumatı daha yüksək tezliklə qəbul edir və mənimsəyir. Lakin bunun qarşısını almaq üçün 5 üsul var ki, zəkamızı sürətləndirməyə yardımcı olacaqdır. 

1) Hər gün su içək.

Standart bir düstur olmasa da, yetkin insanlar gündə çəkisinin 0,03 qatı qədər su qəbul etməsi lazımdır. Məsələn 60 kilo bir insan gündə 1,8 l su qəbul edərsə zəkası daha da sürətlənər. Çünki su, qidanın və oksigenin beyinə daha tez çatmasına yardımçı olur. 

2) Yatış vaxtınızı tənzimləyin.

Əslində insanın gündə neçə saat yatması mübahisə mövzusu olub, lakin son illərdəki araşdırmaya görə yetkin insanların 6 saat yatması olduqca yetərlidir. Tələbələrdə isə bu göstərici 6-8 saat arasıdır. Lakin insanların günün müəyyən saatları var ki, həmin zaman içərisində yatması ona xeyirlidir, bu saat aralığı yetkin insanlar üçün 13:30-14:00 aralığıdır. Bu saat aralığında yatmayan insanlarda axşam gec yuxuya keçmə problemi yaşana bilir. 

Ən sərfəli kredit üçün müraciət et

3) Zəka oyunları oynayın. 

Beyini sürətləndirən bir neçə oyunlar vardır ki, onları oynamaq faydalıdır. Məsələn şahmat oyunu, o beyinə təsiri digər vasitələrdən daha çoxdur. Eyni zamanda qarışıq kitablar oxumaq və ya qarmaqarışıq filmlər izləmək də daha məqsədlidir.

4) Sağlıqlı qidalarla bəslənmək.

Gündə bal, yumurta, dənəli qidalar , yağlı balıq, banan qəbul etmək zəkamız üçün çox faydalıdır. Məsləhətdir ki, hər gün ən azı bunlardan biri ilə bəslənin. Xüsusən də səhər yeməyi beyin üçün olduqca faydalıdır. Ona görə də, qidalanarkən ən çox səhər yeməyinə fikir verək. 

5) Sosial əlaqələrinizi artırın. 

Söyləntilərin əksinə sosiallaşmaq beyini daha çox sürətləndirir. Zəkamızı artırmaq istəyiriksə asosial yox, sosial olmalıyıq. 

Ən sərfəli krediti almaq üçün müraciət et