Zaur Qaraisayev: "Uzunmüddətli əməkdaşlığı hədəfləyirik" | Banco.az

Zaur Qaraisayev: "Uzunmüddətli əməkdaşlığı hədəfləyirik"

Əsas bankı və yeganə qurucusu Azərbaycan Beynəlxalq Bankı olan "ABB-Moskva" Bankı 2002-ci ildə Moskvada təsis edilib. 2019-cu ilin əvvəlindən etibarən kredit təşkilatının öz vəsaiti 7% artaraq 5,1 milyard rubla çatıb. "ABB-Moskva" Bankın idarə heyətinin sədri Zaur Qaraisayev bankın Rusiyada biznesini necə inkişaf etdirməyi planlaşdırdığı, qarşısına hansı məqsəd və vəzifələr qoyduğu haqqında “RİA Novosti”yə müsahibəsində danışıb. 

- Cari ili “ABB-MOSCOW” Bankının yenidən doğulması ili adlandırmaq olarmı?​

- Ötən ilin sonunda yeganə təsisçimiz olan Azərbaycan Beynəlxalq Bankı “ABB-MOSCOW” Bankın Rusiyada işini davam etdirməsinə dair qərar qəbul etdi. Buna görə də hazırda biz əlamətdar yenilənmə dövrü keçiririk. Bu bizim üçün çox vacib bir hadisədir. Ən böyük beynəlxalq konsaltinq şirkətinin iştirakı ilə biz yeni bir strategiya hazırladıq və təsdiq etdik. Əsas məqsədləri, vəzifələri və biznesin əsas istiqamətlərini müəyyən etdik. O cümlədən bank brendinin inkişafına konseptual yanaşmanı yenidən nəzərdən keçirdik. 

- Hansı müştəri seqmentini hədəfləyirsiniz? 

- Biz əsasən korporativ sektorla əməkdaşlığa fokuslanmışıq. Azərbaycanla xarici iqtisadi əlaqəsi olan şirkətlərə də xidmət göstəririk. Pərakəndə müştərilər üçün pul köçürmə xidmətlərini də inkişaf etdiririk. “ABB-MOSCOW” Bankının Azərbaycan hökumətinin dəstəyi ilə yaradıldığını nəzərə alsaq, əsas vəzifələrimiz olduqca məntiqli və anlaşılandır. Bu, ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrinin və Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına göstərilən xidmətin inkişafıdır. Biz həmçinin hökumətlərarası sazişlərin həyata keçirilməsində fəal iştirak etməyi planlaşdırırıq. 

Bankımız Azərbaycanın xarici iqtisadi fəaliyyəti ilə əlaqədar olmayan şirkətlərlə də işləməyə hazırdır. Əsas meyar aydın quruluşa sahib şəffaf və açıq bir biznesdir. Biz uzunmüddətli əməkdaşlığa ümid edirik, buna görə müştərilərin bizə, bizim isə onlara güvənməyimiz vacibdir.

Həmçinin oxu: McKinsey dünya banklarının yarısının öləcəyini proqnozlaşdırdı

- Bu gün üçün Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi necədir? 

- 2019-cu ilin yanvar-iyul aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq təxminən 1,7 milyard dollar təşkil etdi. Rusiya şirkətləri əsasən neft məhsulları, qara metal, ağac məhsulları və dənli bitkilər ixrac edirlər. Azərbaycandan neft məhsulları, tərəvəz, meyvə, qoz-fındıq gətirilir. Ölkələrimiz arasındakı ticarət əlaqələrində böyük potensial görürük və öz növbəmizdə onların inkişafı üçün əlimizdən gələni etməyə hazırıq. 

- Rusiya bank bazarında nəyin hesabına rəqabət etməyi planlaşdırırsınız? 

- Əslində, Rusiyada da Azərbaycanda iş görmək arasında heç bir fərq yoxdur. İş strukturu təxminən eynidir. Ancaq bir özəllik var: fikrimcə, Rusiyadakı şirkətlər texnoloji baxımdan daha rahatdır, iş prosesləri daha çox avtomatlaşdırılıb, rəqəmsal çevrilişə meyl ifadə olunur.

- Hazırkı dövrdə hansı bank məhsullarının inkişafına təkan verilir? 

Ən sərfəli kredit üçün müraciət et

- Bir neçə istiqaməti fəal şəkildə inkişaf etdiririk. Prioritet məhsullardan biri Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin iştirakçıları üçün vahid platformanın yaradılmasıdır. Mütəxəssis fəaliyyətinə də böyük diqqət yetiririk: müştərilərə xarici iqtisadi fəaliyyətlə bağlı məsləhətlər veririk, onlara işgüzar əlaqələrin qurulmasında və istehsalçılarla, idxalçılarla, ixracatçılarla birbaşa əlaqə yaratmaqda kömək edirik, danışıqlar üçün bir platforma təmin edirik. 

Yeri gəlmişkən, təkcə müştərilərimiz deyil, digər Rusiya banklarının müştəriləri də Azərbaycanda biznesin inkişafı ilə bağlı suallarla bizə müraciət edirlər. Biz onların iş xüsusiyyətlərini öyrənirik, ehtiyaclarını müəyyənləşdiririk. Respublikadakı etibarlı tərəfdaşlarla tanış edirik. Şirkətlər də tez-tez texniki məsələlərlə maraqlanırlar. Hər iki ölkənin tənzimləyicilərinin tələblərini başa düşməyə kömək edən çox təcrübəli, peşəkar komandamız var. 

- Sizcə, Rusiyada və Azərbaycanda iş görmək arasında hansı fərqlər var? 

- Əslində, Rusiyada da Azərbaycanda iş görmək arasında heç bir fərq yoxdur. İş strukturu təxminən eynidir. Ancaq bir özəllik var: fikrimcə, Rusiyadakı şirkətlər texnoloji baxımdan daha rahatdır, iş prosesləri daha çox avtomatlaşdırılıb, rəqəmsal çevrilişə meyl ifadə olunur. 

Biz yalnız kredit təşkilatı deyilik, vəzifələrimiz daha dərin və mürəkkəbdir. Buna görə bankın səmərəliliyi təkcə rəqəmlərlə deyil, həm də iki ölkə arasındakı işgüzar münasibətlərin və ticarətin inkişafına verdiyi töhfə ilə ölçülür. 

Həmçinin oxu: Soft Bank-ın Uber və WeWork-a qoyulmuş investisiyalardan gördüyü zərər 5 milyard dolları keçə bilər  

- “Sberbankın ana bankınıza qarşı iddiası necə həll edildi? 

- Bu il Sberbank ilə vəziyyət uğurla həll edildi: bütün maliyyə problemləri aradan qalxdı. 

ABB-MOSCOW Bank əsas səhmdarı Respublikanın Maliyyə Nazirliyi olan Azərbaycan Beynəlxalq Bankının törəmə qurumudur.Bu fakt bankın fəaliyyətinə nə qədər kömək edir və ya əksinə, Rusiya bazarındakı işə mane olur? 

- Həqiqətən, bankımızın arxasında çox güclü bir səhmdar dayanır. Yalnız Rusiyada deyil, Azərbaycanda da kredit təşkilatında dövlətin iştirakı müştərilər üçün ilk növbədə onun etibarlılığının və maliyyə sabitliyinin təminatıdır. Bundan əlavə, ana bankımızla birlikdə ölkələrimiz arasında maliyyə axınlarına yüksək sürətlə, etibarlılıq şəraitində və əməliyyatların aşağı qiymətini təmin etməklə ən səmərəli şəkildə xidmət göstərə bilərik. Buna görə də belə bir səhmdarın olması, əlbəttə, bizə yardım edir. 

Nigar Umaxanlı, Banco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et