McKinsey dünya banklarının yarısının öləcəyini proqnozlaşdırdı  | Banco.az

McKinsey dünya banklarının yarısının öləcəyini proqnozlaşdırdı 

Bloombergin yaydığı məlumata görə dünya banklarının böyük hissəsi böhran vəziyyətindən çıxa bilməyəcək. Belə ki, kapital gəlirləri xərclərə adekvat deyil. McKinsey&Co konsaltinq şirkətinin ekspertləri bu qənaətə gəlib. 

McKinsey&Co”nun mütəxəssisləri hesab edir ki, banklar fəal şəkildə müasir texnologiyaları tətbiq etməlidir. Bəzi tapşırıqların həllini xarici mənbəyə (outsorce) ötürməlidir və birləşmələrin sayını artırmalıdır. Əks təqdirdə klassik bankların tarixə qarışmaq ehtimalı yüksəkdir. 

Hazırda bankların ən əsas rəqibi texnologiya nəhəngləridir. Çünki onlar artıq müştərilərinə maliyyə xidmətləri də göstərməyə başlayıblar. Onların arasında “Apple” və “Amazon” da var. Yaxın gələcəkdə bu amil istehlakçı davranışını dəyişəcək və ənənəvi banklar artıq insanlara lazım olmayacaq. 

Həmçinin oxu: Bank işçisi və bankir bir-birindən nə ilə fərqlənir?

Bundan əlavə, TINtech (The Insurance Network, yəni sığorta şəbəkəsi) sahəsində daima yeni oyunçular meydana çıxır. McKinsey&Co mütəxəssisləri vurğulayır ki, ABŞ-da və digər ölkələrdə maliyyə startaplarının meydana çıxması üçün mühit daha əlverişli hal alır. Bu xüsusən də liberal qanunvericilik təşəbbüsləri ilə əlaqədardır. 

Ən sərfəli kredit üçün müraciət et

Problemlərlə üzləşməmək üçün banklar texnologiyaların hazırlanması və tətbiqinə böyük diqqət ayırmalıdır. “McKinsey&Co”nun hesabatında bildirilir ki, ənənəvi maliyyə qurumları IT sahəsinə öz büdcələrinin cəmi 35%-ni sərf edir. Fintech-startapları isə təxminən 70% vəsaitlərini müasir informasiya texnologiyalarına yatırır. 

Mütəxəssislər belə nəticəyə gəlib ki, bankların “Apple” kimi böyük şirkətlərlə rəqabət aparmaq üçün qərarlar qəbul etməsi labüddür. Gələcəkdə problem daha genişmiqyaslı olacaq. Çünki banklar və texnologiya nəhəngləri arasında mübarizə güclənəcək. 

Həmçinin oxu: Mark Kyuban: "Mən banan alaram, nəinki bitkoin"

Əvvəllər Inc. yazıb ki, dünyanın ən böyük banklarından bir neçəsi blokçeyn texnologiyasına əsaslanan yeni kriptovalyuta və ödəniş sisteminin yaradılmasına təxminən 50 milyon dollar investisiya qoyub. 2015-ci ildə İsveçrə bankı olan UBS Group AG və London texnoloji startapı Clearmatics “Utility Settlement Coin” layihəsini irəli sürüb. 

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç