Zaminsiz kredit verən banklar - SİYAHI | Banco.az

Zaminsiz kredit verən banklar - SİYAHI

Günümüzdə banklardan kredit əldə etmək çətinləşib. İş yerindən arayış, kredit tarixçəsi, əmək haqqının minimum həddi, girov kimi vacib tələblər var.

Bu tələblərdən biri də, zamin tələbidir. Bəzi kreditlərdə hətta, 2 zamin belə tələb olunur.

Banco.az olaraq sizlər üçün zaminsiz nağd pul krediti təklif edən bankları araşdırdıq. Heç bir zamin olmadan və girov qoyulmadan bəzi banklardan müəyyən olunmuş məbləğdə istehlak krediti götürə bilərsiniz.

Zaminsiz kredit verən banklar və onların şərtləri aşağıdakı CƏDVƏLDƏ:

(Qeyd edək ki, cədvəldə qeyd olunan kredit məbləği bankların zaminsiz təklif etdiyi məbləğdir və zamin vasitəsilə daha yüksək məbləğdə kredit əldə etmək mümkündür).

Bankın adı

Məbləğ (AZN)

Faiz

Müddət (ay)

AzərTürk Bank

300 – 10 000

19-27%

3-48

Yapıkredi Bank Azərbaycan *

300 – 5000

25%

3-36

Bank Avrasiya

3000-dək

25%

24

NBC Bank

5000-dək

22-25%

36

Bank VTB **

300 – 5000

24%

6-36

Turan Bank

300 – 5000

20%

36

Amrah Bank ***

300 – 10 000

20%

3-36

Express Bank

300 – 20 000

19%

3-48

Kapital Bank ****

300 – 20 000

19%

3-48

Bank BTB

300 – 5000

18%

36

Bank Respublika

500 – 10 000

18%

36

Unibank

300 – 10 000

18%

48

Ən sərfəli kredit üçün müraciət et

* Xüsusi hallarda bank zamin və başqa sənədlər tələb etmə hüququna sahibdir 

** "Start" kampaniyası çərçivəsində 15.04.2019-dən etibarən illik faiz dərəcəsi 9% təşkil edir. Təklif 15.07.2019 tarixinədək qüvvədədir. Növbəti aylar üçün illik faiz dərəcəsi 24% təşkil edir.

*** Zaminin mövcudluğu müştərinin kredit tarixçəsindən və maliyyə göstəricilərindən asılıdır

**** Xüsusi hallarda zamin tələb edilə bilər

Bu növ zaminsiz nağd pul kreditlərini əldə edərkən şəxsiyyət vəsiqəsi, iş yerindən arayış təqdim etmək lazımdır ki, bir çox hallarda da əmək haqqının 6 və ya 12 aylıq çıxarışı tələb oluna bilər. Həmçinin, kredit mütəxəssisləri sizin rəsmi gəlirlərinizi, xərclərinizi və kredit tarixçənizi analiz etdikdən sonra sizə zaminsiz kredit verilib verilməyəcəyinə qərar verə bilərlər.

Qeyd edək ki, "Bank of Baku", "Beynəlxalq Bank", "Access Bank", "Nikoil Bank", "Rabitə Bank"-dan da zaminsiz kredit əldə etmək mümkündür. Lakin, bu banklarda zamin tələbi hər bir müştəri üzrə ekspert tərəfindən fərdi şəkildə araşdırma aparıldıqdan sonra müəyyən edilir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et