Yunanıstan iqtisadiyyatında canlanma müşahidə olunur. Son 5 il ərzində ilk dəfə olaraq, yanvar ayında ölkənin sənaye sahəsində artım qeydə alınmışdır.
Sənaye ölkə iqtisadiyyatının 10%-ni, xidmət sektorunun isə 80%-ni təşkil edir. Bununla yanaşı, Yunanıstanda böhranın bitdiyinə dair söhbətlər aparmaq üçün hələ tezdir. Belə ki, Afina AB və BVF ilə yeni kreditin əldə olunması istiqamətində danışıqlar aparır.
Avrozonada ümumi vəziyyətin yaxşılığa doğru dəyişməsi Yunanıstana da öz təsirini göstərir. "Markit" institutunun region üzrə hesabatında qeyd olunur ki, Avrozonada sənaye sektorunun fəallıq göstəricisi 54 maddəyə qədər yüksəlməklə son 3 ilin ən yüksək göstəricisini nümayiş etdirib.
Banco.az/Sevinc İbadova