Bazarın əsas iki iştirakçıları Monetri BOKT və TBC BOKT güclərini birləşdirdikdən sonra lisenziyası ləğv edilmiş TBC BOKT-un yerinə TBC-Kredit MMC yaradılıb.
Şirkətin Direktorlar Şurasına hal-hazırda Monetri BOKT-də İcraçı Direktor vəzifəsində çalışan İsmayılov Nofəl Cavanşir oğlu təyin olunub.
Nofəl İsmayılov bank sektorundakı fəaliyyətinə 2007-ci ildə Bank of Baku-da başlayıb. Daha sonra Dəmirbank və Ekspressbank-da kredit sahəsində müxtəlif vəzifələrdə çalışaraq uzunmüddətli bank təcrübəsinə yiyələnib.
Qeyd edək ki, 2013-cü ildə yaranan hal-hazırda 9 filialı olan və 2024-cü ili 4 milyon mənfəətlə başa vuran MONETRİ BOKT birləşmədən sonra 40 milyon aktivlə bazarın liderlərindən birinə çevrilib.
Bizi sosial şəbəkələrdən izləyin!!